• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 19 nəfər xilas edilib

HADİSƏ

02 Sentyabr 2024 | 12:45 | Müəllif: Əli Hüseynov

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 19 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 50 halda yanğına çıxış və 16 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-nin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 19 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026