• Bakı 30° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

 

İki nəfəri bıçaqlayıb QAÇDI

HADİSƏ

05 Iyul 2024 | 10:20

 İki nəfəri bıçaqlayıb QAÇDI

Ötən gün Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə axşam saat 23:30 radələrində Sabunçu rayonunda qeydə alınıb. 

Belə ki, 1999-cu il təvəllüdlü Mürşüd Dəmirov aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Səfiyar Quluzadəyə döş qəfəsindən 1 ədəd bıçaq xəsarəti yetirib. Həmin şəxsləri ayırmağa çalışan 2002-ci il təvəllüdlü Kamran İbrahimov da qarın nahiyəsindən bıçaq yarası alıb. 

Bakı şəhəri Sabunçu RPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb. 

Mürşüd Dəmirovun tapılması istiqamətlərində əməliyyat-axtarış tədbirləri davam edir.


SON XƏBƏRLƏR

07 Iyul 2024
06 Iyul 2024