• Bakı 30° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

İntihar etmək istəyən şəxs xilas edildi

HADİSƏ

05 Iyul 2024 | 09:40

İntihar etmək istəyən şəxs xilas edildi

Ötən gün gecə saatlarında intihara cəhd hadisəsi olub.

Bakıvaxtı.az-a bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, bir nəfər vətəndaş Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində körpüyə çıxaraq intihara cəhd edib.

Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1980-ci il təvəllüdlü Bayramov Mövsüm Camal oğlu tunelin üzərində yerləşən körpünün üzərinə çıxaraq intihara cəhd edir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, körpüdən düşürülüb.


SON XƏBƏRLƏR

07 Iyul 2024
06 Iyul 2024