Bakıda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisələrdən biri Xətai rayonunda qeydə alınıb.
Belə ki, avtomobil yolu keçən 1967-ci il təvəllüdlü Rəsmiyyə Novruz qızı Quliyevanı vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və bədənin çoxsaylı əziyi diaqnozları qoyulub.
Digər hadisə isə Nəsimi rayonunda baş verib.
Yolu keçən 1967-ci il təvəllüdlü Hüseynova Rəna Vaqif qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Hər iki faktla bağlı araşdırma aparılır./report.az
















