Ağcabədidə bıçaqlanma hadisəsi olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Avşar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini S. Həsənov yaşadığı evdə şəxsi münasibətlər zəminində bacısı 23 yaşlı Əsmər Həsənovaya kəsici-deşici alətlə ağır xəsarət yetirib. Ə.Həsənova xəstəxanaya çatdırılıb, hazırda vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.



jpg-1720171237.webp)


jpg-1720165162.webp)

jpg-1720180518.webp)
jpg-1720160446.webp)






