• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Xaçmazda BIÇAQLANMA: Məktəbli sinif yoldaşını... - YENİLƏNİB

HADİSƏ

04 Iyun 2024 | 14:44 | Müəllif: Qalib İbrahimoğlu

Xaçmazda BIÇAQLANMA: Məktəbli sinif yoldaşını... - YENİLƏNİB

31 may tarixində axşam saat 22:00 radələrində Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbinin 10-cu sinif şagirdi eyni məktəbdə oxuyan həmyaşıdına aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib.

    Məlumata görə, xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib:

    “Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib.

    Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb”.

    ***

    12:12

    Xaçmaz rayonunda bıçaqlanma olub.

    Bakıvaxtı.az APA-ya istinadla verir ki, rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdi olan A.B.-nin sinif yoldaşı D.R.-yə bıçaqla xəsarət yetirdiyi bildirilir. 

    Məktəbli Xaçmaz xəstəxanasına yerləşdirilib.

      DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov bildirib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

      Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      19 Noyabr 2026