• Bakı 17° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Muxtar Babayev Aleksey Overçukla COP29-a hazırlığı müzakirə etdi

SİYASƏT

07 May 2024 | 00:11

Muxtar Babayev Aleksey Overçukla COP29-a hazırlığı müzakirə etdi

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Moskvada Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu Tərəflər Konfransına hazırlığı müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında bildirilir. 

Qeyd edilib ki, danışıqlar zamanı iki ölkə arasında ekoloji əməkdaşlığın cari məsələləri və Rusiya nümayəndə heyətinin COP29-da işirakına hazırlıq müzakirə edilib.

Görüşdə Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev və iki ölkənin federal nazirliklərinin nümayəndələri iştirak ediblər.


SON XƏBƏRLƏR

18 May 2024