• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

XİN: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığa sadiqdir

SİYASƏT

05 Iyun 2024 | 16:49 | Müəllif: Subhan Mahmudov

XİN: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığa sadiqdir

Azərbaycan gələcək nəsillər üçün ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal əməkdaşlığa sadiqdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Ümumdünya Ətraf Mühit Günündə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilatçısı kimi nümunəvi olmaq niyyətindədir. Planetimizin gözəlliyinə dəyər verərək, biz iqlim dəyişikliyi ilə mübarizədə və gələcək nəsillər üçün ətraf mühitin qorunmasında qlobal əməkdaşlığa sadiqliyimizi bir daha təsdiqləyirik”, - paylaşımda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026