• Bakı 17° C

    6.7 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

COP29 zamanı hərbi əməliyyatlar dayandırıla bilər?- Rəsmi Bakının təqdirəlayiq təklifi

SİYASƏT

06 May 2024 | 16:39

COP29 zamanı hərbi əməliyyatlar dayandırıla bilər?- Rəsmi Bakının təqdirəlayiq təklifi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Observer" qəzetinə müsahibəsində bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu sessiyası zamanı dünyada hərbi əməliyyatlar dayandırıla bilər.

Əgər hərbi əməliyyatlara fasilə verilərsə, bu, beynəlxalq münasibətlərə necə təsir edə bilər?

Politoloq Kamran Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Hikmət Hacıyevin bu bəyanatı bir daha Azərbaycan dövlətinin daim sülh tərəfdarı və bu yöndə əlindən gələn bütün vasitələrdən istifadə etməyə hazır olmasının göstəricisidir. Çünki Azərbaycan dövləti illərlə müharibənin, işğalın və bunun gətirdiyi fəsadların nə olduğunu öz timsalında çox gözəl bilir.

"Hikmət Hacıyevin bu məsələni gündəmə gətirməsi və Azərbaycanın bu məsələdə öndərliyi vaxtında, zamanında atılmış doğru addımdır. Dünya hazırda elə bir haldadır ki, bunu zamanında dəyandıra bilməsək, hamımız və dünya üçün pis nəticələnə bilər. Belə ki, hazırda gün keçdikcə münaqişə ocaqları atəşlənir və dünya üçün heç də xoş olmayan məcrada davam edir. Belə bir vəziyyətdə fasilə vermək və sülhə doğru addımlamaq çox vacibdir. Ümid edirəm ki, münaqişə tərəfləri Azərbaycanın bu təkliflərinə müsbət cavab verəcək". - deyə politoloq qeyd edib.

Kamran Məmmədli, politoloq

K.Məmmədli hesab edir ki, COP29-un Bakıda keçiriləcək tədbiri zamanı dünyada hərbi əməliyyatların dayandırılması beynəlxalq münasibətlərə müsbət təsir edə bilər. Bu, münaqişə tərəfləri arasında dialoqun qurulmasına və sülh proseslərinin irəliləməsinə imkan yaratmaqla yanaşı, həmçinin münaqişə zonalarında humanitar yardımın çatdırılması və təhlükəsizliyin təmin edilməsi üçün də lazımi şərait yarada bilər:

"Təcrübəyə əsasən, beynəlxalq təşkilatların və dövlətlərin iştirakı ilə keçirilən bu cür tədbirlər münaqişələrin həllində vasitəçilik rolu oynaya bilər. Eyni zamanda bu, münaqişələrin həllində yeni yanaşmaların və həll yollarının tapılmasına da təkan verə bilər. Çünki beynəlxalq təcrübədə dəfələrlə yay və qış Olimpiya Oyunları, futbol üzrə dünya çempionatları zamanı ev sahibi olan ölkələr tərəfindən münaqişə tərəflərinin atəşkəsə razı salınması var. Azərbaycanın bu formada çox önəmli və dünya üçün vacib prosesə öndərlik etməsi isə çox mühüm bir hadisə ola bilər".

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 May 2024