• Bakı 12° C

    12.22 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

"Forbes"in Rusiya müxbiri saxlanılıb

DÜNYA

26 Aprel 2024 | 15:49

Forbesin Rusiya müxbiri saxlanılıb

Amerikanın “Forbes” biznes jurnalının rusiyalı müxbiri Sergey Mingazov Rusiya ordusu ilə bağlı saxta xəbərlər yaydığına görə saxlanılıb.

Bakıvaxtı.az İhlas Xəbər Agentliyinə istinadən bildirir ki, bu barədə Sergey Mingazovun vəkili Konstantin Bubon sosial şəbəkə hesabında açıqlama yayıb.

Vəkil bildirib ki, “Forbes Russia”da çalışan S. Mingazov Xabarovskda saxlanılıb. Onun həbs qətimkan tədbiri hərbi cinayət iddiası ilə bağlıdır:

"Sergey Mingazovun saxlanılmasına müharibənin ilk həftələrində Ukrayna vətəndaşlarının həlak olduğu Buçada Rusiyanın hərbi cinayətlər törətməsi ilə bağlı nəşrləri yenidən paylaşması səbəb olub". 

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumlara başladıqdan sonra qəbul etdiyi yeni qanuna əsasən, Rusiya ordusu haqqında yalan xəbər yaymaqda təqsirli bilinən şəxslər üçün uzunmüddətli həbs cəzaları nəzərdə tutulur.

Gülşən Şərif


SON XƏBƏRLƏR

06 May 2024