• Bakı 31° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Rusiyada elektrik qatarında yanğın oldu

DÜNYA

26 May 2024 | 13:45

Rusiyada elektrik qatarında yanğın oldu

Rusiyanın Moskva vilayətinin Povarovo stansiyasında elektrik qatarı yanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oktyabrskaya Dəmir Yolunun mətbuat xidməti məlumat yayıb.

Yanğın Moskva-Tver marşrutu üzrə hərəkət edən 6710 nömrəli elektrik qatarının səkkizinci və doqquzuncu vaqonları arasındakı damda başlayıb. Hadisə yerinə "Xovrino" stansiyasından yanğınsöndürən qatar göndərilib.

Sərnişinlər təxliyə edilib, xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi bildirib ki, yanğın 140 kvadratmetr ərazini əhatə edib, bir saat sonra lokallaşdırılıb. Yanğının söndürülməsində 10 texnika və 30 nəfər iştirak edib.

Elektrik qatarında baş verən yanğın faktı ilə bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi tərəfindən istintaqdan əvvəlki yoxlama başlayıb.


SON XƏBƏRLƏR

16 Iyun 2024