İngiltərə kralı III Çarlzın bacısı Şahzadə Anna evdə keçirdiyi qəzadan sonra beyin silkələnməsi və yüngül xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bununla bağlı Bukingem Sarayından açıqlama verilib.
Açıqlamaya görə, 73 yaşlı şahzadə Anna ötən gecə Qloucesterşir çölündə yerləşən Gatcombe Park malikanəsində qəza keçirib. Qəzadan sonra şahzadə Anna beyin sarsıntısı və yüngül xəsarətlərlə Bristoldakı Southmead xəstəxanasına aparılıb.
Hazırda şahzadə Annanın vəziyyətinin yaxşı olduğu və müşahidə üçün xəstəxanada saxlandığı bildirilib.
Bukingem Sarayının sözçüsü qeyd edib ki, baş verən hadisə ilə əlaqədar Şahzadənin rəsmi proqramları təxirə salınıb və onun şərəfinə təşkil olunacaq şam yeməyinə qatıla bilməyəcək.
Gülşən Şərif





jpg-1721892708.webp)









