• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Vladimir Putin Bəşər Əsədlə görüşdü

DÜNYA

25 Iyul 2024 | 11:11

Vladimir Putin Bəşər Əsədlə görüşdü

Rusiya Prezidenti Vladimir Putin Suriyalı həmkarı Bəşər Əsədlə ötən axşam baş tutan görüşündə əsas diqqət dünyada və Avrasiya regionunda baş verənlərə yönəldilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İnterfax” agentliyi məlumat yayıb.

    "Təbii ki, bütövlükdə regionda vəziyyətin necə inkişaf etməsi ilə bağlı fikirləriniz məni çox maraqlandırır. Təəssüf ki, vəziyyət pisləşməyə meyllidir, biz bunu görürük. Bu, birbaşa Suriyaya da aiddir”, - Putin Əsədə müraciət edərək Yaxın Şərqdəki vəziyyətlə bağlı deyib.

    Bəşər Əsəd bu səfərin iki ölkə arasında diplomatik nümasibətlərin qurulmasının 80-ci ildönümünə təsadüf etdiyini xatırladıb. O deyib ki, bu müddətdə ikitərəfli əlaqələr çoxsaylı çətin sınaqlardan keçib:

    “Ötən dövr ərzində ölkələrimizin daxilində çoxsaylı dəyişikliklərin şahidi olmuşuq. Lakin zaman göstərdi ki, xalqlarımızın müdrikliyi sayəsində münasibətlərimiz möhkəm etimada əsaslanan təməl prinsipləri qoruyub saxlaya bilib”

    ***

    10:14

    Ötən axşam Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.


    SON XƏBƏRLƏR

    21 Iyun 2025