• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pentaqondan Ukraynaya yeni yardım tranşı

DÜNYA

24 Avqust 2024 | 09:36

Pentaqondan Ukraynaya yeni yardım tranşı

ABŞ Müdafiə Nazirliyi Ukraynaya yeni hərbi yardım tranşının təfərrüatlarını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat verilib.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyi Ukraynaya 125 milyon dollar dəyərində silah və hərbi texnikanın yeni partiyasını elan edib.

Belə ki, Ukrayna dronlarla mübarizə üçün avadanlıq və sursatlar, HIMARS reaktiv yaylım atəş sistemi (MLRS) üçün raketlər , 155 və 105 mm çaplı artilleriya mərmiləri alacaq.

Bundan başqa, ABŞ TOW raketləri, Javelin və AT-4 tank əleyhinə sistemlər və tibbi avadanlıqlar göndərəcək.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026