"İsrailin hücumları altında Qəzza zolağında humanitar vəziyyət fəlakətdən də pisdir".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel deyib.
İçracı direktor bildirib ki, Qəzza zolağında ailələr hər həftə yeni dəhşətlə üzləşirlər:
"Heç bir gəliri olmayan həkimlər və tibb bacıları həyatını xilas etmək üçün mübarizə aparır. Minlərlə insan xəstədir, durumları pisdir",- Rassel bildirib.