• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Avropa İttifaqından xəbərdarlıq: "İsrailin hücumları narahatedicidir"

DÜNYA

25 Iyun 2024 | 11:30 | Müəllif: Gülşən Şərif

Avropa İttifaqından xəbərdarlıq: "İsrailin hücumları narahatedicidir"

"İsrail tədricən İordan çayının qərb sahilini ilhaq etmək niyyətindədir".

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell deyib.

O, bu vəziyyətin bütün üzv ölkələr üçün ciddi narahatlıq doğurduğunu bildirib. 

"Mövcud vəziyyət Qəzzadakı fələstinlilərin sağ qalıb-qalmamasını sınaqdan keçirəcək müharibədir. Bu, təəssüf doğurur. İordan çayının qərb sahilində beynəlxalq hüquq bir daha sınaqdan keçiriləcək. Şübhəsiz ki, İordan çayının qərb sahili sülh gətirməyəcək". - deyə Borrell qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR