Avstraliyada 21 nəfərin ölümünə səbəb olan MV Noongah gəmisinin qalıqları batdıqdan 55 il sonra tapılıb.
Bakıvaxtı.az bu barədə CNN-ə istinadla xəbər verir.
Bildirilib ki, illərdir axtarışı həyata keçirilən bu gəminin qalıqları sakinlər tərəfindən tapılıb.
Daha sonra Avstraliya Elm Agentliyi yüksək keyfiyyətli dəniz dibinin xəritəsi və video görüntülərindən istifadə edərək dağıntının yerini təsdiqləyib.
Əli Hüseynov















