• Bakı 31° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Ermənistanda şəhərləri su basdı: 232 nəfər… - VİDEO

DÜNYA

26 May 2024 | 13:26

Ermənistanda şəhərləri su basdı: 232 nəfər… - VİDEO

Ermənistanda xilasedicilər ölkənin şimalında su basmış ərazilərdən 232 nəfəri təxliyə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə yerində 320-dən çox xilasedicisi işləyir. Lori rayonunda güclü yağışlar nəticəsində Debed və Aqstev çayları məcrasından çıxıb.

****11:16

Ermənistanda daşqınlar körpüləri və yolları dağıdıb, onlarla insan təxliyə olunub, bir nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

"Ayrum stansiyasında bir sıra evləri su basıb, Şnox kəndindən Teqouta qədər olan ərazidə avtomobil çaya düşüb, ilkin məlumatlara görə, Debed üzərindəki körpüdə bir nəfər ölüb Çay və Sənahin stansiyasını Alaverdi şəhəri ilə birləşdirən körpü dağılıb”, - deyə idarədən bildiriblər. 

Daxili İşlər Nazirliyi də itkin düşmüş şəxsin axtarışlarının davam etdirildiyini bildirib. 

Bundan başqa, daşqın dəmir yolu infrastrukturuna da ziyan vurub. 

 


SON XƏBƏRLƏR

16 Iyun 2024