• Bakı 13° C

    13.01 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

"Kəpəz"dən yeniyetmənin ölümü ilə bağlı AÇIQLAMA: "Bizdə..."

CƏMİYYƏT

26 Aprel 2024 | 17:24

Kəpəzdən yeniyetmənin ölümü ilə bağlı AÇIQLAMA: Bizdə...

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmənin ölümü ilə bağlı məlumatlar yayılıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, sosial şəbəkədə paylaşılan məlumatda Xalid Səmədov 13 yaşlı oğlu Murad Səmədovun “Kəpəz” hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfat etdiyini bildirib.

Bakıvaxtı.az hadisə ilə bağlı “Kəpəz” hospitalla əlaqə saxlayıb.

Klinikadan məlumatı Bakıvaxtı.az-a təkzib ediblər.

“Bizdə, ümumiyyətlə, uşaq kardiologiyası yoxdur. Adını çəkdiyiniz yeniyetmə “Kəpəz” hospitalında əməliyyat olunmayıb”.

Baş Prokurorluqdan isə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəxananın məlumatı təkzib etməsi də araşdırılacaq:

“Xalid Səmədov dünən adiyyatı üzrə ərizə ilə daxili işlər orqanlarına müraciət edib. Ərizəsində qeyd edib ki, oğlu başqa klinikada vəfat etsə də, Kəpəz hospitalında ona düzgün tibbi yardım göstərilmədiyi üçün dünyasını dəyişib. Ərizə üzrə toplanmış materiallar daxili işlər orqanlarından prokurorluğa göndəriləcək ondan sonra da məsələyə baxılacaq.

Qeyd olunub ki, hadisədə həkimlərin və ya digər vəzifəli şəxslərin səhlənkarlığının olub-olmaması Baş Prokurorluğun səlahiyyətindədir.  Məlumata görə, iş aiddiyatı üzrə prokurorluq orqanlarına göndərilib:

“Müraciətə baxılacaq, qanunun tələblərinə uyğun olaraq müvafiq qərar qəbul olunacaq”.

Günəş Mərd


SON XƏBƏRLƏR