• Bakı 16° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

Azərbaycan Premyer Liqası: XXXII tura start verilir 

İDMAN

27 Aprel 2024 | 09:10

Azərbaycan Premyer Liqası: XXXII tura start verilir 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun görüşləri start götürəcək.

Bakıvaxtı.az xəbər verir ki, ilk oyun günü turnir cədvəlində qonşu olan komandalar, "Sabah" və "Səbail" kollektivləri qarşılaşacaq.

Krunoslav Renduliçin yetirmələri 46 xalla beşinci sırada qərarlaşıb. "Dənizçilər" isə 42 xalla altıncıdır.

Qeyd edək ki, turun digər matçları aprelin 28-i və 29-u tarixlərində baş tutacaq.


SON XƏBƏRLƏR