• Bakı 16° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

DTA: COP29-a gələn qonaqların yerləşdirilməsində problemimiz olmayacaq

COP29

08 May 2024 | 12:29

DTA: COP29-a gələn qonaqların yerləşdirilməsində problemimiz olmayacaq

Azərbaycan bu günə kimi keçirdiyi digər tədbirlərlə yanaşı COP29-un da keçirilməsi ilə bağlı ciddi səylər ortaya qoyur. Düşünürük ki, bu istiqamətdə hansısa problemimiz olmayacaq, digər tədbirlər kimi bu tədbirin də yüksək səviyyədə keçirilməsinə nail olacağıq.

Bakıvaxtı.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

"Bu tədbirin iki istiqaməti var. Bunun bir tərəfi təşkilati işlər, digər tərəfi isə verəcəyimiz siyasi mesajlardır və dünya üzrə iqlim dəyişkiliyi prosesində
verəcəyimiz töhfələr var. Dövlət Turizm Agentliyi olaraq hər iki istiqamətdə işimizi təşkil etmişik. Gələcək qonaqların yerləşdirilməsi və bu istiqamətdə koordinasiyalı işin təşkil olunması və iqlim dəyişkiliyi fonunda turizmə təsirlərin azaldılması istiqamətində həm ümumdünya turizm təşkilatı, həm də digər adiyyəti beynəlxalq təşkilatlarla işbirliyi qurmuşuq. Bu istiqamətdə işlərimizi sürətlə davam etdiririk", - deyə K. Qasımov əlavə edib.

O, bildirib ki, COP29-la bağlı Azərbaycana gələcək qonaqların sayı hələ ki, dəqiq bilinmir:

"Biz digər COP tədbirləri ilə müqayisə aparırıq. Amma yəqin ki, tədbirin keçirilməsinə yaxın vaxtlarda bu barədə dəqiq məlumatımız ola bilər. Agentlik olaraq işlərimizi elə görürük ki, bu istiqamətdə hər hansı bir çətinliyimiz və problemimiz yaşanmasın. Alternativlər üzərində düşünülür. Müəyyənləşdirməyə çalışırıq ki, hansısa mehmanxana və ya digər yerləşmə vasitələrimizlə bağlı çətinlik yaranarsa, bunu hansı alternativlər üzərindən həll edə bilərik. Hazırda yerləşdirmə ilə bağlı hansısa çətinliyimizin olacağını düşünmürük. Gələcək qonaqların yerləşdirilməsi üçün
bütün zəruri işlər görülür. Həm mehmanxanalar, həm digər yerləşmə vasitələri. Qonaqların bəzisi mehmanxanalarda, bəziləri isə digər yerlərdə
yerləşdiriləcək".


SON XƏBƏRLƏR