• Bakı 25° C

    10.95 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

"Azərbaycanın COP29-a ev sahibliyi etməsi çox vacib və əlamətdar hadisədir" - Qaluzin

COP29

29 May 2024 | 09:13

Azərbaycanın COP29-a ev sahibliyi etməsi çox vacib və əlamətdar hadisədir - Qaluzin

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyası Çərçivə Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi çox vacib və əlamətdar hadisədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın Müstəqillik Günü münasibəti ilə keçirilən tətntənəli qəbulda iştirak edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

    O, qeyd edib ki, beynəlxalq konvensiyaların əsasında ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə beynəlxalq münasibətlərin ən vacib istiqamətlərindən biridir. “Bu, həm də Azərbaycan və Rusiya diplomatiyasının ən vacib isyiqamətlərindən biridir. Əlbəttə ki, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyası Çərçivə Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi çox vacib və əlamətdar hadisədir. Ona görə də, biz Azərbaycana uğurlar arzulayırıq. Əlimizdən gələni edəcəyik ki, bu tədbir həm qlobal miqyasda ətraf mühitin qorunması ilə mübarizə üçün, həm də ölkələrimiz üçün müsbət keçsin”, deyə rusiyalı nazir müavini vurğulayıb.


    SON XƏBƏRLƏR

    25 Iyun 2024