• Bakı 23° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Yalçın Rəfiyev: Yoxsul ölkələrə iqlim fəaliyyətinə fokuslana bilmələri üçün dəstək verilməlidir

COP29

20 Iyun 2024 | 15:55

Yalçın Rəfiyev: Yoxsul ölkələrə iqlim fəaliyyətinə fokuslana bilmələri üçün dəstək verilməlidir

İnkişafda olan ölkələr iqlim dəyişikliyi ilə bağlı maliyyə mənbələrinə əlçatımlılıqda çətinliklə üzləşir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə COP29-un baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda panel müzakirəsində deyib.

    O bildirib ki, inkişaf etmiş ölkələr keçid prosesində inkişaf etməkdə olan ölkələrə yardım etməlidir, eyni zamanda bu qarşılıqlı konsensus əsaslı olmalıdır.

    "Biz COP-la bağlı danışarkən G7 və G20 ölkələrinin necə hərəkət etdiyinə, necə töhfə verdiyinə də diqqət yetirməliyik".

    COP29-un baş danışıqçısı deyib ki, bəzən maliyyə resursları olsa da, ehtiyacı olanlara bu vəsaitin necə çatdırılması mexanizmi yoxdur, bu maliyyə mənbələrinə əlçatımlılıq problemdir.

    O bildirib ki, bəzən ölkələr iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması üçün maliyyə mənbələrinə müraciət etsə də, onlar bu vəsaiti çox gec əldə edir.

    "Məsələn ola bilər ki, Dünya Bankı regional banklara vəsait ayırsın və təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün ölkələrin təcili yardıma ehtiyacı olanda onlar bu banklara müraciət etsin".

    Azərbaycan XİN müavini deyib ki, iqlim dəyişikliyi ilə mübarizədə özəl sektor da prosesə cəlb olunmalıdır.

    “Biz yalnız ictimai maliyyə mənbələrinə arxayın olmamalıyıq, özəl sektor cəlb olunmalıdır".

    Yalçın Rəfiyev bu mənada sosial məsuliyyətin rolunu vurğulayıb.

    O həmçinin yoxsul ölkələrin, kiçik və inkişafda olan ölkələrin maliyyə imkanlarının zəif olması və borc probleminə də toxunub.

    "Digər problem yoxsul ölkələrin maliyyə imkanlarının zəif olması və borclarıdır bu onlara keçid prosesində mane olur. Borcun yüngülləşdirilməsi mexanizmi tətbiq olunmalıdır, bu ölkələrə dəstək verilməlidir ki, onlar borca deyil, iqlim fəaliyyətinə fokuslana bilsinlər".

    COP29-un baş danışıqçısı Azərbaycanın gündəliyi barədə də danışıb:

    "Bizim gündəliyimizdə bir neçə məsələ var ki, onlar arasında investisiyalar, eko-startaplar da var. Biz ölkələri eko-startaplar yaratmağa təşviq etməliyik”, o deyib.


    SON XƏBƏRLƏR