• Bakı 25° C

    10.95 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Raniyə Əl Maşat: "COP29 kimi tədbirə ev sahibliyi etmək çox önəmlidir"

COP29

08 Iyun 2024 | 14:21

Raniyə Əl Maşat: COP29 kimi tədbirə ev sahibliyi etmək çox önəmlidir

“İqlim dəyişikliyi üzrə məqsədlərimizə nail olmaq üçün beynəlxalq maliyyə təşkilatları və inkişaf bankları ilə əməkdaşlığı gücləndirməyə ehtiyac var”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Misirin beynəlxalq əməkdaşlıq naziri əvəzi Raniyə Əl Maşat bildirib.

O deyib ki, hazırda bir sıra ölkələr iqlim dəyişikliyi sahəsində maraqların toqquşması ilə üzləşir: “COP29 kimi tədbirə ev sahibliyi etmək çox önəmli bir aspektdir. Ona görə ki, çirklənməyə məruz qalmayan ölkələr digər dövlətlərin üzləşdiyi bu problemin həlli, eləcə də bu sahədə əməkdaşlıq üçün nə qədər maliyyənin və hansı səviyyədə əməkdaşlığın zəruri olduğunu müzakirə edəcəklər. İqlim üzrə qlobal məqsədləri müəyyənləşdirmək üçün biz bir çox sahələri nəzərdən keçirdik. Onlardan biri bu amilin vurduğu ziyanın hesablanması, ikincisi isə onunla mübarizə üçün müxtəlif ölkələrlə əməkdaşlıq məsələsidir. Çünki beynəlxalq platformalarda təmsil olunan ölkələr bu sahədə məsul olan tərəflərdir. Bir sıra ölkələr bu sahədə maraqların toqquşması ilə üzləşir. Buna görə də biz həm iqlim dəyişikliyi ilə mübarizə məqsədi ilə müxtəlif layihələrin icrası və bu məsələnin ölkələrin prioritetinə çevrilməsi üçün vəsait ayrılmasını sürətləndirmək istəyirik. İqlim dəyişikliyi üzrə məqsədlərimizə nail olmaq üçün beynəlxalq maliyyə təşkilatları və inkişaf bankları ilə əməkdaşlığı gücləndirməyə ehtiyac var. Afrika regionunun təbiətə buraxdığı karbon qazının ümumu həcmi 4 faizdən də aşağıdır. Lakin bunun qarşısını almaq üçün kifayət qədər yüksək məbləğdə vəsait tələb olunur. Biz COP29-da aktiv şəkildə iştirakımıza ümid edir və Azərbaycan xalqına bu mötəbər tədbirə ev sahibliyi etdiyi üçün təbriklərimizi çatdırırıq. Belə bir möhtəşəm konfransın işinə uğurlar arzulayırıq”.


SON XƏBƏRLƏR

25 Iyun 2024