• Bakı 23° C

    12.97 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Bayden: COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırıq

COP29

25 May 2024 | 12:43

Bayden: COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırıq

ABŞ COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda əks olunub.

"Prezidentliyinizin beşinci müddətinin başladığı bir vaxtda Amerika Birləşmiş Ştatları regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığımızı dərinləşdirməyə səy göstərəcəkdir. Biz Azərbaycanı demokratik idarəetməni gücləndirilməsi və bütün azərbaycanlıların insan hüquqları və fundamental azadlıqlarının qorunması üçün əsaslı addımlar atmağa dəvət edirik. Biz noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzulayırıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq",-o qeyd edib.


SON XƏBƏRLƏR

25 Iyun 2024