• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

COP29 könüllüləri üçün qeydiyyat başladı

COP29

29 May 2024 | 11:35

COP29 könüllüləri üçün qeydiyyat başladı

Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün könüllülük proqramı istifadəyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, proqram çərçivəsində "volunteers.cop29.az" onlayn qeydiyyat platforması aktivləşdirilib.

COP-un könüllüsü olmaq üçün potensial namizədlər əvvəlcə müraciət portalında qeyd edilən tələblərə uyğun qiymətləndirilərək seçimlərə qatılacaqlar. Uğur qazanan namizədlər bacarıq və səriştələrinin artırılması, həmçinin rol təlimlərinə cəlb olunacaqlar. Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026