• Bakı 25° C

    10.95 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Yaponiya Baş naziri COP29-a dəvət olunub

COP29

24 May 2024 | 10:27

Yaponiya Baş naziri COP29-a dəvət olunub

Yaponiyanın Baş naziri Fumio BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in xarici işlər nazirinin müavini Elnur Məmmədovun Yaponiyaya səfəri barədə yaydığı məlumatda qeyd olunub.

    “Nazir müavini Elnur Məmmədov görüşlər zamanı Yaponiya tərəfinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Sədrliyi çərçivəsində Azərbaycanın fəaliyyəti barədə məlumat verib və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazavaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən cari ilin 12-13 noyabr tarixlərində COP29-a start verəcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak ilə bağlı Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlanmış dəvət məktubunu təqdim edib”, məlumatda qeyd olunub.


    SON XƏBƏRLƏR

    25 Iyun 2024