• Bakı 23° C

    12.97 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Mərkəz COP29 ilə bağlı gözləntilərini açıqlayıb

COP29

06 Iyun 2024 | 21:29

Mərkəz COP29 ilə bağlı gözləntilərini açıqlayıb

Yeni iqlim maliyyəsi hədəfinə nail olmaq özəl sektorun iştirakını tələb edir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İqlim Dəyişikləri üzrə Mərkəzin (CACE) direktoru Aleksandra Sözer Bakı Enerji Forumunun ikinci günündə “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, daha çox maliyyə resurslarına ehtiyac var.

“İqlim maliyyələşdirilməsində özəl sektorun iştirakı lazımdır. COP29-la bağlı gözləntilərim budur ki, konfransda enerji keçidində özəl sektorun fəal iştirakının vacibliyinə əlavə diqqət yetiriləcək. Başa düşülməli amillərdəndir ki, neft-qaz şirkətləri texnoloji amilləri ortaya qoymaqla emissiyanı azaltmalıdır, buna fürsət kimi baxmalıdır. Yeni texnologiyalardan istifadə dayanıqlığı yüksəldəcək”, - deyə o qeyd edib.


SON XƏBƏRLƏR

25 Iyun 2024