• Bakı 16° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Bolqarıstan Prezidenti: Bakı-Sofiya müntəzəm uçuşları bərpa ediləcək

Gündəm

08 May 2024 | 13:20

Bolqarıstan Prezidenti: Bakı-Sofiya müntəzəm uçuşları bərpa ediləcək

Biz Bakı-Sofiya müntəzəm uçuşlarının bərpasını görəcəyik.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata birgə bəyanatında bildirib.

Rumen Radevin sözlərinə görə, Prezident İlham Əliyevlə 7 ildən artıqdır ki, tanışdırlar: “Mən onun cəsarətli baxışının şahidiyəm. O, Azərbaycanı dinamik şəkildə inkişaf etdirmək niyyətindədir. Yaşıl enerji təşəbbüsü də onun nəticəsidir. Ona görə də Azərbaycana COP29-un keçirilməsinin həvalə olunması mənə təəccüblü gəlmədi. Biz də institusional və ekspertlər səviyyəsində bu tədbirə dəstək verməyə hazırıq”.


SON XƏBƏRLƏR