• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Aziz Sancar: “Azərbaycanda ilk dəfə Ədalət Muradovun dəvəti ilə olmuşam”

GÜNDƏM

03 Iyun 2024 | 17:56

Aziz Sancar: “Azərbaycanda ilk dəfə Ədalət Muradovun dəvəti ilə olmuşam”

Kimya üzrə Nobel mükafatı laureatı, UNEC-in fəxri professoru Aziz Sancar Bakıya səfəri çərçivəsində UNEC-də olub.

Bakıvaxtı.az xəbər verir ki, Nobel mükafatçısı Aziz Sancar UNEC rektoru professor Ədalət Muradovla birlikdə universitetdə yaradılmış Aziz Sancar adına Qida Təhlükəsizliyi Laboratoriyasında tədqiqatçılarla görüşüb.

    Aziz Sancar öz təəssüratlarını onlarla bölüşüb:

    “Mən Azərbaycanda ilk dəfə 2017-ci ildə Ədalət müəllimin dəvəti ilə olumuşam. Həmin dövrdə müəllim və tələbələrlə çox faydalı və maraqlı görüşlərim baş tutdu. 2021-ci ildə isə hazırda olduğumuz laboratoriyanın açılışında iştirak etmişəm. UNEC-də belə bir laboratoriyanın yaradılması tədqiqatçılar və tələbələr üçün xüsusilə önəmlidir. Keyfiyyətli elmi araşdırmalar, tədqiqatlar üçün laboratoriyalar əvəzsizdir. Gənclər onlar üçün yaradılmış bu imkanı maksimum dərəcədə dəyərləndirsinlər”.

    Tədqiqatçılar Nobel mükafatçısı, professor Aziz Sancarla görüşdən böyük qürur hissi duyduqlarını bildiriblər və dünya şöhrətli türkiyəli alimə elm, təhsil və tədqiqatla bağlı suallarını ünvanlayıblar.

    Prof.Aziz Sancar sualları cavablandırdıqdan sonra müəllifi olduğu “Aziz Sancarın kalemində Hayatı və Bilimi” adlı kitabını imzalayaraq, UNEC-ə hədiyyə edib.

    Aziz Sancarın UNEC-ə səfəri rektor prof. Ədalət Muradovun, dekanların və struktur rəhbərlərinin iştirakı ilə çay süfrəsi arxasında səmimi və maraqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.


    Aziz Sancar: “Azərbaycanda ilk dəfə Ədalət Muradovun dəvəti ilə olmuşam”Aziz Sancar: “Azərbaycanda ilk dəfə Ədalət Muradovun dəvəti ilə olmuşam”Aziz Sancar: “Azərbaycanda ilk dəfə Ədalət Muradovun dəvəti ilə olmuşam”
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026