• Bakı 25° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Buşra Bibi həbsxanaya köçürüləcək

DÜNYA

08 May 2024 | 14:04 | Müəllif: Qalib İbrahimoğlu

Buşra Bibi həbsxanaya köçürüləcək

Pakistanın keçmiş baş naziri İmran Xanın həyat yoldaşı Büşra Bibi ev dustaqlığından həbsxanaya köçürüləcək.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, onun vəkilləri bunu Büşra Bibinin öz xahişi ilə baş tutduğunu bildirib.

Məhkəmə vəkillərin ev həbsi cəzasının dəyişdirilməsi ilə bağlı tələbini qəbul edib.

Büşra Bibi cəzasını həyat yoldaşı İmran Xanla eyni həbsxanada - Ravalpindi şəhərinin Adayal həbsxanasında çəkəcək.

Qeyd edək ki, müxtəlif cinayət əməllərində ittiham olunan keçmiş hökumət başçısı və onun arvadı Büşra Bibi 7 il həbsə məhkum edilsə də, sonradan hər iksinin cəzası 14 ilədək artırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026