• Bakı 13° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Sərhəddə insident - 40 yaralı var

DÜNYA

07 Iyun 2024 | 11:41

Sərhəddə insident - 40 yaralı var

Pakistanda Əfqanıstanla sərhəddə yerləşən “Çaman” nəzarət-buraxılış məntəqəsində sakinlərlə polis arasında qarşıdurma baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Dawn” qəzeti yayıb. 

Bildirilir ki, insident zamanı 40 nəfər xəsarət alıb. Hadisəyə səbəb isə yerli sakinlərin keçirdiyi etiraz aksiyasının liderinin həbs edilməsi olub. Belə ki, sakinlər artıq bir neçə aydır “Çaman” məntəqəsində Pakistan rəhbərliyinin pasport və vizası olmayan şəxslərin sərhədi keçməyə qadağa qoymasına etiraz edirlər. Bundan əvvəl isə pakistanlılar və əfqanlar sərhədi şəxsiyyət vəsiqələri ilə keçə bilirdilər. 

Etirazçıların sözlərinə görə, yeni qaydalar tam ləğv olunana və həbs edilən bütün etirazçılar azad edilənə qədər aksiyanı davam etdirəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026