• Bakı 19° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bu ölkələr Ukraynada mina təmizlənməsinə kömək edəcəklər

DÜNYA

07 Iyul 2024 | 11:26 | Müəllif: Subhan Mahmudov

Bu ölkələr Ukraynada mina təmizlənməsinə kömək edəcəklər

Yaponiya və Kamboca Ukraynada minatəmizləmə üzrə bilik və texnologiya mübadiləsi üçün layihə yaradıblar.

Bakıvaxtı.az "Associated Press"ə istinadən xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Kambocanın Minalardan Təmizləmə Mərkəzinə səfəri zamanı bildirib.

Agentliyin məlumatına görə, bu mərkəz 1990-cı illərdə Kambocada onilliklərlə davam edən vətəndaş müharibəsinin sonunda yaradılıb. Mərkəz müharibə dövründə basdırılmış 4-6 milyon mina və digər partlamamış hərbi sursatları təmizləyir.

Y.Kamikava Yaponiyanın minalardan təmizləmə sahəsində ölkəsi ilə ardıcıl əməkdaşlıq etdiyini qeyd edib

O, Kambocanın hazırda minalardan təmizləmə sahəsində dünyada aparıcı yerlərdən birini tutduğunu deyib.

Qeyd edək ki, 2022-ci ildən Ukrayna istehkamçıları Kambocada təlim keçməyə başlayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026