Fələstin prezidenti Mahmud Abbas Rusiyaya səfər edəcək.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Fələstin prezidentinin avqustun 12-14-də ölkəyə səfər edəcəyi və avqustun 13-də Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.
Bildirilib ki, səfərin məqsədi beynəlxalq arenada baş verən son hadisələrlə bağlı məsləhətləşmələr və fikir mübadiləsi aparmaq, mövqeləri koordinasiya etmək və bütün sahələrdə ikitərəfli əlaqələri gücləndirməkdir.
Mina Mikayılova




jpg-1725513426.webp)











