• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Maduronun daha bir təyyarəsi ələ keçirildi

DÜNYA

05 Sentyabr 2024 | 00:46 | Müəllif: Subhan Mahmudov

Maduronun daha bir təyyarəsi ələ keçirildi

Venesuela hökumətinin ikinci təyyarəsi Dominikan Respublikasında saxlanılıb, təyyarəyə respublikanı tərk etmək qadağan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dominikanın “Diario Libre” nəşri məlumat yayıb.

Təyyarənin ABŞ hakimiyyətinin tələbi ilə saxlanıldığı bildirilir. Təyyarə beynəlxalq hava limanında yerləşir və məhkəmə icazəsi olmadan hərəkət etməsi qadağandır.

Sentyabrın 2-də ABŞ Venesuela prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirərək Floridaya aparıb. ABŞ Ədliyyə Nazirliyi təyyarənin ABŞ-nin sanksiyalar qanunlarını pozduğuna görə müsadirə edildiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026