• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Dünyaca məşhur fizik vəfat etdi - FOTO

DÜNYA

06 Avqust 2024 | 09:25

Dünyaca məşhur fizik vəfat etdi - FOTO

Çin əsilli ABŞ-li fizik Li Çjendao 97 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şanxay Jiaotonq Universiteti məlumat yayıb.

O, 1957-ci ildə, 31 yaşında, zəif qarşılıqlı təsirlər üçün fəza paritetinin saxlanması qanununu təkzib etdiyinə görə fizika üzrə Nobel mükafatını qazanıb. Alim bu mükafatı alan ikinci ən gənc alim olub.

Bundan əlavə, Li Çjendao Albert Eynşteyn mükafatı və Qalileo Qaliley medalı laureatı olub. Qeyd olunur ki, “atom bombasının atası” Robert Oppenheymer alimi o dövrün ən parlaq nəzəri fiziklərindən biri adlandırırdı.


Dünyaca məşhur fizik vəfat etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR