• Bakı 20° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Kim Çen daşqınlara görə 30-a yaxın məmuru edam etdirdi

DÜNYA

04 Sentyabr 2024 | 22:37

Kim Çen daşqınlara görə 30-a yaxın məmuru edam etdirdi

Şimali Koreya lideri Kim Çen İn iyulun sonunda ölkədə baş vermiş daşqınlara görə 30-yaxın məmuru edam etdirib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Cənubi Koreyanın “Çosun” telekanalı yayıb.

Telekanalın məlumatına görə, edama səbəb minlərlə insanın ölümü ilə nəticələnən təbii fəlakətin vurduğu ziyanın qarşısının alınmaması olub.

Belə ki, regional orqanlarda çalışan 20-30 arası məmur ötən ay güllələnib.

Bildirilir ki, Caqan əyalətində baş vermiş fəlakətli daşqınlarda bir neçə minə qədər insanın həlak olduğu ehtimal edilir.


SON XƏBƏRLƏR

20 Sentyabr 2024