• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Şahabuddin yeni seçkilər keçirməyə söz verdi

DÜNYA

06 Avqust 2024 | 10:13

Şahabuddin yeni seçkilər keçirməyə söz verdi

Banqladeş prezidenti Məhəmməd Şahabuddin mümkün qədər tez yeni seçkilər keçirəcəyinə söz verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, prezident zorakılıq və etiraz dalğasına son qoymaq üçün baş nazir Şeyx Hasinanın devrilməsindən sonra seçkini tezləşdirəcəyini vəd verib.

Məlumata görə, gecə saatlarında televiziya ilə çıxış edən prezident həbs edilmiş etirazçıların, eləcə də keçmiş baş nazir və müxalifət lideri Xalidə Ziyanın azadlığa buraxılmasını əmr edib.

O, həmçinin səlahiyyətlilərin komendant saatını ləğv edərək müəssisələrin yenidən açılmasına icazə verəcəyini vəd edib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR