• Bakı 22° C

    2.99 m/s

Tanınmış din xadimi vəfat etdi - FOTO

DÜNYA

06 Avqust 2024 | 09:38

Tanınmış din xadimi vəfat etdi - FOTO

Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dağıstan müftiliyi məlumat yayıb.

İsmayıl Berdiyev 27 fevral 1954-cü ildə Qazaxıstan SSR-in Belye Vodı kəndində anadan olub. Təhsilini Buxarada Miri Ərəb mədrəsəsində, Daşkənd İslam İnstitutunda və Misirin Qahirə Əl-Əzhər Universitetində alıb.

O, 1989-cu ildə Stavropol Karya Müsəlmanları Kazyatının sədri seçilib. 1991-ci ildə Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri olub. 2003-cü ildə Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzinin sədri seçilib. 2004-cü ildə Prezident yanında Dini Qurumlarla Əməkdaşlıq Şurasının üzvü olub. 2024-cü ilin fevralında IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Tanınmış din xadimi vəfat etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026