• Bakı 20° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Axtarışda olan 4517 nəfər tutuldu

DÜNYA

06 Avqust 2024 | 09:28

Axtarışda olan 4517 nəfər tutuldu

Türkiyədə axtarılan şəxslərin tutulması üçün əməliyyat təşkil olunub.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, “Dairə-20” əməliyyatları 81 vilayətdə təşkil edilib.

5 gün davam edən əməliyyatlarda 4517 nəfərin tutulduğu bildirilib.

Həmin şəxslərdən 4 489 nəfərinin 5 ilədək, 19 nəfərinin 5-10 ilədək, 9 nəfərinin isə 10 il və daha çox axtarışda olduğu müəyyən edilib.

Tutulanlardan 731 nəfərinin narkotik, 698 nəfərinin oğurluq, 458 nəfərinin qaçaqmalçılıq və mütəşəkkil cinayət, 454 nəfərinin dələduzluq, 180 nəfərinin soyğunçuluq, 131 nəfərinin seksual xarakterli cinayətlər, 124 nəfərin adam öldürmə, 39 nəfərinin isə terrorçuluq cinayətlərinə görə axtarışda olduğu qeyd olunub.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR