• Bakı 18° C

    3.64 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Pezeşkianın prezident seçilməsinə ABŞ-dan REAKSİYA

DÜNYA

07 Iyul 2024 | 09:21

Pezeşkianın prezident seçilməsinə ABŞ-dan REAKSİYA

İranda keçirilən prezident seçkilərinin nəticələri ABŞ-ın bu ölkə ilə bağlı siyasətinə təsir etməyəcək.

Bakıvaxtı.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

“Seçkilər bizim İrana yanaşmamıza ciddi təsir etməyəcək”, - deyə ABŞ rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqtonun Tehranla bağlı narahatlığı dəyişməyib:

“Eyni zamanda, Amerikanın maraqlarına xidmət edən diplomatiyaya sadiq qalırıq”.

O, İrandakı seçkilərin “azad və ədalətli keçirilmədiyini” iddia edib:

“Biz bu seçkilərin İranın inkişafı istiqamətində əsaslı dəyişikliklərə və ya öz vətəndaşlarının insan haqlarına daha çox hörmətlə yanaşılacağına gətirib çıxaracağını gözləmirik”.


SON XƏBƏRLƏR