• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ İsrailə iki zərbə dalğasının olacağını gözləyir

DÜNYA

06 Avqust 2024 | 09:10

ABŞ İsrailə iki zərbə dalğasının olacağını gözləyir

ABŞ kəşfiyyatı İran və Livanın “Hizbullah” hərəkatının İsrailə mümkün hücumunun iki mərhələdə baş verəcəyini gözləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Axios” portalı amerikalı rəsmilərə istinadən məlumat yayıb.

    ABŞ prezidenti Co Bayden və vitse-prezident Kəmalə Harris arasında Ağ Evdə milli təhlükəsizlik komandası ilə görüşün məzmunu ilə tanış olan mənbələrə görə, kəşfiyyat bir hücum dalğasının İrandan, digəri isə “Hizbullah”dan gözlənildiyini bildirib.

    Eyni zamanda, Vaşinqton hələ də hücumların hansı xarakter daşıyacağını və hücumu ilk olaraq kimin həyata keçirəcəyini bilmir.

    Görüş zamanı qeyd olunub ki, gözlənilən nəticələrin miqyası kimi, İsrailə hücumun başlama vaxtı da hələ məlum deyil.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Noyabr 2026