• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kurska pilotsuz təyyarə hücumu: bölgədə partlayışlar oldu

DÜNYA

06 Avqust 2024 | 08:42 | Müəllif: Qalib İbrahimoğlu

Kurska pilotsuz təyyarə hücumu: bölgədə partlayışlar oldu

Rusiyanın Kursk vilayətində bu gecə bir neçə yaşayış məntəqəsində güclü partlayışlar baş verib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, bölgədə hava hücumundan müdafiə qüvvələri və vasitələri fəaliyyət göstərb.

Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovun sözlərinə görə, partlayışlar Sudja, Korenevo, Lqovski, Belevski, Kurçatovski və Oktyabrskidə daha güclü olub.

Yerli hakimiyyət orqanları əvvəlcə iki dəfə raket təhdidi, daha sonra isə pilotsuz təyyarə hücumu və hava hücumundan müdafiə işi barədə məlumat verib.

Smirnov bildirib ki, Ukraynaya məxsus 26 hücum pilotsuz təyyarəsi vurulub.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026