Kamerunun keçmiş baş naziri Filemon Yanqı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının79-cu sessiyasının sədri seçilib.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, o, sentyabrın 10-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Baş Assambleyanın 79-cu sessiyasının açılışı zamanı sədrlik edəcək.
Toplantıda çıxış edən Yanqı beynəlxalq ictimaiyyəti çoxtərəfliliyi gücləndirməyə çağırıb və bunun BMT Nizamnaməsinin və prinsiplərinin əsasını təşkil etdiyini vurğulayıb:
"Fərqliliklərimizə baxmayaraq, sülhü təşviq etmək, müharibələrin və təbii fəlakətlərin qarşısının alınması üçün birgə çalışmalıyıq".
Gülşən Şərif
















