• Bakı 18° C

    3.64 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Ərdoğan ABŞ-yə gedəcək

DÜNYA

07 Iyul 2024 | 11:59

Ərdoğan ABŞ-yə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-11-də NATO ölkələrinin Vaşinqtonda keçiriləcək Zirvə toplantısında iştirak etmək üçün ABŞ-yə səfər edəcək.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, onun Vaşinqtonda dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, Ərdoğan iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 24-cü sammitində iştirak edib. Onun sammit çərçivəsində bəzi liderlərlə, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə görüşü baş tutub.


SON XƏBƏRLƏR