Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Co Baydenə Ukraynaya birlikdə hərbi təlimatçılar göndərməyi təklif edib.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, Makron bu təklifi iki lider arasında telefon danışığı zamanı səsləndirib.
Makronun bu təklifini dəstəkləməyn Bayden bildirib ki, Ukraynaya hərbi personalın göndərilməsi ABŞ üçün narahatlıq yaradır.
Qeyd edək ki, bir müddət öncə Makron Ukrayna hərbçilərinə təlim keçmək məqsədilə Ukraynaya hərbi personal göndərmək üçün koalisiya yaratmaq niyyətində olduğunu açıqlamışdı. Lakin onun bu təklifi NATO tərəfindən də dəstəklənməyib.
Gülşən Şərif
















