• Bakı 15° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

CƏMİYYƏT

08 May 2024 | 14:26

Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 473 min nəfərə sosial müavinət, 396 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 356 mln. manat, Prezident təqaüdləri üzrə 228 mln. manat ödənilib.

    Cari ilin 4 ayında 50 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 620 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


    SON XƏBƏRLƏR

    19 May 2024