• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıda və Abşeronda temperatur iqlim normasından 6 dərəcə yuxarıdır

CƏMİYYƏT

07 Iyun 2024 | 13:14 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda və Abşeronda temperatur iqlim normasından 6 dərəcə yuxarıdır

Bakı və Abşeron yarımadasında havanın yerə yaxın qatında müşahidə olunan bulud təbəqəsi sinoptik şəraitlə əlaqədar atmosfer hadisəsidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

    O qeyd edib ki, son günlər Bakıda və Abşeron yarımadasında isti hava şəraiti müşahidə olunur və havanın temperaturu 36 dərəcəyədək yüksəlib ki, bu göstərici iqlim normasından 6 dərəcə yuxarıdır. Bu da yüksək temperatur fonunda Xəzər dənizi üzərində su buxarı kondensasiyası məhsullarının toplanmasına və bulud təbəqəsinin yaranmasına səbəb olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR