• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Dieqo Kosta 100-ə yaxın insanı daşqınlardan xilas edib

İDMAN

07 May 2024 | 16:27

Dieqo Kosta 100-ə yaxın insanı daşqınlardan xilas edib

İngiltərənin "Çelsi" və İspaniyanın "Atletiko" klubunun sabiq futbolçusu Dieqo Kosta Braziliyada 100-ə yaxın insanı daşqınlardan xilas edib.

Bakıvaxtı.az "Cadena SER" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu məşqdən evə qayıdarkən Eldorado do Sulda kömək istəyən bir qrup insanla qarşılaşıb.

O, xilasetmə işləri üçün "Jeep" markalı avtomobil və motosiklet təşkil edib. Daha sonra nəqliyyat vasitəsi olan 4 dostunu da bu işə yönləndirib.

Qeyd edək ki, Braziliyada daşqınlar nəticəsində 80-dən çox insan ölüb. Kosta hazırda Braziliyada "Qremio"nun formasını geyinir.


SON XƏBƏRLƏR

18 May 2024