“Real Madrid” klubunun formasını geyinən türkiyəli futbolçu Arda Gülerə “Xetafe”dən təklif gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediasında xəbər yayılıb.
Məlumata görə, “Xetafe” klubunun prezidenti Angel Torres Arda üçün Kral klubuna şəxsən müraciət edib.
“Real” rəhbərliyi isə onun bu təklifini geri çevirərək, Ardanı komandada saxlayacaqlarını bildiriblər.
Qeyd edək ki, bundan öncə “Real Sosiedad” , “Sevilya” , “Las Palmas” , “Mallorka” , “Milan” , “Leipzig” kimi klublar da Ardaya elçi düşüblər.
Asif Məmmədov
BDU-nun tələbəsi
Bakıvaxtı.az
















